Şirvan şəhər B.Aslanov adına 16 nömrəli tam orta məktəb 1974 -cü ilin sentyabr ayında istifadəyə verilmışdir.Məktəbin ilk direktoru Vəli Ələkbərov olmuşdur.O,bu təhsil ocagına 2 il rəhbərlik etmişdir.Sonrakı illərdə Nəriman Həziyev(1976-86),Qabil Rəcəbov(1986-89),Rəzi Vəliyev(1989-1996) ,Şahid Əfəndiyev(1996-1997),Sədaqət Əhmədova(1997-2002),Rahib Kazipur(2002-2005),Cəlil Rəfiyev(2005-2008)məktəbin direktoru vəzifəsində çalışmışlar.2008-ci ilin sentyabr ayından isə məktəbə pedaqoji elmlər üzrə fəlsəfə doktoru,Əməkdar müəllim Çingiz Şirəliyev rəhbərlik edir.
Məktəbin əsas binası 1974-cü ildə tikilmişdir
Köməkçi bina 2008-ci ildə tikilib istifadəyə verilmişdir.
Məktəbimizin "Cəsurlar" və "Şahinlər" hərbi idman oyununun komandaları dəfələrlə şəhər birincisi,zona birincisi olmuş və respublika birinciliyində iştirak etmişdilər.Bu komandaların hazırlanmasında məktəbimizin hərbi rəhbəri,tərəqqi medalına layiq görülmüş Həsənov Təbriz müəllimin böyük zəhməti olmuşdur.
Məktəbin əsas binası 1974-cü ildə tikilmişdir
Köməkçi bina 2008-ci ildə tikilib istifadəyə verilmişdir.
Məktəbin əsas tədris
binası 2012-ci ildə
əsaslı şəkildə təmir
olunmuşdur.
Məktəbdə zəruri avadanlıqlarla təchiz olunmuş
kimya-biologiya və fizika laboratoriyaları fəaliyyət göstərir.
Məktəbdə 110 kv.m
sahəsi olan genis və işıqlı kitabxana və oxu zalı vardır.Kitabxananın fondunda
11089 yeni dərslik, 15972 ədəd bədii
ədəbiyyat və ensiklopediyalar vardır.Burada internet
şəbəkəsinə qoşulmuş 20 kompüter yeri yaradılmış
və qismən də olsa kompüterlə
təchiz olunmuşdur.
Məktəbdə
40 şagird yeri olan 3 kompüter otagı yaradılmış və kompüterlərlə təchiz olunmuşdur.