twitter
rss

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu dekabr ayının 10-11-də Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Kitabi-Dədə Qorqud” və Haynrix Fridrix fon Dits – 200” mövzusunda Azərbaycanda ilk dəfə Beynəlxalq Şagird Konfransı keçirmişdir.  Konfrans AMEA-nın Mərkəzi Elmi Kitabxanasında təşkil edilmişdir. Məktəblilərin rəsm sərgisinin nümayişindən sonra başlayan konfransı açıq elan edən Bilik Fondunun icraçı direktoru Oqtay Səmədov deyib ki, ölkə başçısı 2015-ci il fevralın 20-də “Kitabi-Dədə Qorqud” dastanının alman dilində ilk tərcüməsi və nəşrinin 200 illiyinin qeyd olunması haqqında Sərəncam imzalayıb. Bilik Fondu bu istiqamətdə il ərzində ölkə daxilində və xaricdə silsilə tədbirlər həyata keçirib. Beynəlxalq Şagird Konfransı da bu qəbildəndir. Beynəlxalq Şagird Konfransında Azərbaycanın bütün bölgələrindən – Bakı, Gəncə, Naxçıvan, Quba, İsmayıllı, Zaqatala, Şirvan, Naftalan, Xaçmaz, Beyləqan, Qəbələ, Yevlax, Tərtər, Bərdə, Lənkəran və Ağdaşdan olan məktəblilər iştirak edirlər. Həmçinin xarici ölkələrdən – Türkiyə, Rusiya, Ukrayna, Gürcüstan və İsraildən də şagirdlər təmsil olunub. Sevindirici haldır ki, bu mötəbər tədbirdə doğma şəhərimizi bizim məktəbin 10t sinif şagirdi Abbaslı Fatimə təmsil etmişdir. Qeyd edək ki, A.Fatiməni konfransa məktəbin dil-ədəbiyyat müəllimi Şəhla Məcidova hazırlamışdır.















 Aprelin 25-ində  5-7 siniflər arasında "ALPLogo mühitində proqramlaşdırma" olimpiadası keçirilib.Olimpiadanin nəticəsinə əsasən məktəbimizin 6a sinif şagirdi Məmmədov Hüseyn III yeri tutmuşdur.Hüseyni və Hüseynin informatika müəllimi olan İsayeva Sənubər müəllimi  təbrik edirik!Azərbaycanda məktəblilər arasında "ALPLogo" proqramlaşdırma mühiti üzrə müsabiqə ilk dəfə olaraq 2014-cü ilin aprel ayında   keçirilib. “ALPLogo” dili V-VII  sinif şagirdlərində ilkin proqramlaşdırma vərdişlərinin formalaşdırılmasına xidmət edir.








Prezident İlham ƏIiyev 2013/2014-cü tədris ilində keçirilmiş “Ən yaxşı ümumtəhsil məktəbi”müsabiqəsinin qaliblərinin mükafatlandırılması haqqında sərəncam imzalayıb.Sərəncama əsasən 50 təhsil müəssisəsi “Ən yaxşı ümumtəhsil məktəbi” müsabiqəsinin qalibi adına layiq görülüb.Şirvan şəhəri 16 nömrəli tam orta məktəb də ilin "Ən yaxşı ümumtəhsil məktəbi" adına layiq görülmüşdür.Təbrik edirik!!!Ugurlarımız davamlı olsun!!!



Məktəb illəri









Məktəbdə 55 sinif,1143 nəfər şagird və onların təlim -tərbiyəsi ilə məşgul olan 126 nəfər əsas müəllim fəaliyyət göstərir.