twitter
rss

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu dekabr ayının 10-11-də Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Kitabi-Dədə Qorqud” və Haynrix Fridrix fon Dits – 200” mövzusunda Azərbaycanda ilk dəfə Beynəlxalq Şagird Konfransı keçirmişdir.  Konfrans AMEA-nın Mərkəzi Elmi Kitabxanasında təşkil edilmişdir. Məktəblilərin rəsm sərgisinin nümayişindən sonra başlayan konfransı açıq elan edən Bilik Fondunun icraçı direktoru Oqtay Səmədov deyib ki, ölkə başçısı 2015-ci il fevralın 20-də “Kitabi-Dədə Qorqud” dastanının alman dilində ilk tərcüməsi və nəşrinin 200 illiyinin qeyd olunması haqqında Sərəncam imzalayıb. Bilik Fondu bu istiqamətdə il ərzində ölkə daxilində və xaricdə silsilə tədbirlər həyata keçirib. Beynəlxalq Şagird Konfransı da bu qəbildəndir. Beynəlxalq Şagird Konfransında Azərbaycanın bütün bölgələrindən – Bakı, Gəncə, Naxçıvan, Quba, İsmayıllı, Zaqatala, Şirvan, Naftalan, Xaçmaz, Beyləqan, Qəbələ, Yevlax, Tərtər, Bərdə, Lənkəran və Ağdaşdan olan məktəblilər iştirak edirlər. Həmçinin xarici ölkələrdən – Türkiyə, Rusiya, Ukrayna, Gürcüstan və İsraildən də şagirdlər təmsil olunub. Sevindirici haldır ki, bu mötəbər tədbirdə doğma şəhərimizi bizim məktəbin 10t sinif şagirdi Abbaslı Fatimə təmsil etmişdir. Qeyd edək ki, A.Fatiməni konfransa məktəbin dil-ədəbiyyat müəllimi Şəhla Məcidova hazırlamışdır.