03.05.2016 tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təşkil etdiyi Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 93-cü il dönümünə həsr olunmuş "Müasir Azərbaycan Ulu öndər Heydər Əliyev ideyaları işıgında" XIII Şagird-Tələbə elmi Konfransının iştirakçısı Həsənli Oqtay.Elmi rəhbəri:Məcidova Şəhla
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik
Fondu dekabr ayının 10-11-də Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr
olunmuş “Kitabi-Dədə Qorqud” və Haynrix Fridrix fon Dits – 200” mövzusunda Azərbaycanda
ilk dəfə Beynəlxalq Şagird Konfransı keçirmişdir. Konfrans AMEA-nın
Mərkəzi Elmi Kitabxanasında təşkil edilmişdir. Məktəblilərin rəsm sərgisinin
nümayişindən sonra başlayan konfransı açıq elan edən Bilik Fondunun icraçı
direktoru Oqtay Səmədov deyib ki, ölkə başçısı 2015-ci il fevralın 20-də
“Kitabi-Dədə Qorqud” dastanının alman dilində ilk tərcüməsi və nəşrinin 200
illiyinin qeyd olunması haqqında Sərəncam imzalayıb. Bilik Fondu bu istiqamətdə
il ərzində ölkə daxilində və xaricdə silsilə tədbirlər həyata keçirib. Beynəlxalq
Şagird Konfransı da bu qəbildəndir. Beynəlxalq Şagird Konfransında Azərbaycanın
bütün bölgələrindən – Bakı, Gəncə, Naxçıvan, Quba, İsmayıllı, Zaqatala, Şirvan,
Naftalan, Xaçmaz, Beyləqan, Qəbələ, Yevlax, Tərtər, Bərdə, Lənkəran və Ağdaşdan
olan məktəblilər iştirak edirlər. Həmçinin xarici ölkələrdən – Türkiyə, Rusiya,
Ukrayna, Gürcüstan və İsraildən də şagirdlər təmsil olunub. Sevindirici haldır
ki, bu mötəbər tədbirdə doğma şəhərimizi bizim məktəbin
10t sinif şagirdi Abbaslı Fatimə təmsil etmişdir. Qeyd edək ki, A.Fatiməni konfransa məktəbin dil-ədəbiyyat müəllimi Şəhla Məcidova
hazırlamışdır.
Aprelin 25-ində 5-7 siniflər arasında "ALPLogo mühitində proqramlaşdırma" olimpiadası keçirilib.Olimpiadanin nəticəsinə əsasən məktəbimizin 6a sinif şagirdi Məmmədov Hüseyn III yeri tutmuşdur.Hüseyni və Hüseynin informatika müəllimi olan İsayeva Sənubər müəllimi təbrik edirik!Azərbaycanda məktəblilər arasında "ALPLogo" proqramlaşdırma mühiti üzrə müsabiqə ilk dəfə olaraq 2014-cü ilin aprel ayında keçirilib. “ALPLogo” dili V-VII sinif şagirdlərində ilkin proqramlaşdırma vərdişlərinin formalaşdırılmasına xidmət edir.
Prezident İlham ƏIiyev 2013/2014-cü tədris ilində keçirilmiş “Ən yaxşı ümumtəhsil məktəbi”müsabiqəsinin qaliblərinin mükafatlandırılması haqqında sərəncam imzalayıb.Sərəncama əsasən 50 təhsil müəssisəsi “Ən yaxşı ümumtəhsil məktəbi” müsabiqəsinin qalibi adına layiq görülüb.Şirvan şəhəri 16 nömrəli tam orta məktəb də ilin "Ən yaxşı ümumtəhsil məktəbi" adına layiq görülmüşdür.Təbrik edirik!!!Ugurlarımız davamlı olsun!!!
Məktəbdə 55 sinif,1143 nəfər şagird və onların təlim -tərbiyəsi ilə məşgul olan 126 nəfər əsas müəllim fəaliyyət göstərir.
Подписаться на:
Сообщения (Atom)